Əgər romantik məkanlarda adi tətil səyahətləri artıq adiləşibsə, ekzotik yerlərdə təşkil edilən toy mərasimləri daha nadir rast gəlinən hadisələrdəndir. Məhz bu cür mərasimlər yaddaşlarda əbədi iz buraxır.
Qaynarinfo xəbər verir ki, dünyanın ən böyük turizm nəşri olan "Lonely Planet" üçün yazdığı bloqda turizm eksperti Mid MakQrat unudulmaz toy mərasimləri üçün ən yaxşı yerləri müəyyən edib.
Reytinqdə birinci yeri Taylandın tropik gün batımları, təzə dəniz məhsulları və toxunulmamış çimərlikləri ilə tanınan Samuy adası tutub.
"Samuy adası sakit və daha məhrəm bir mühit axtaran cütlüklər üçün idealdır. Burada həm çimərlikdə, həm də okean mənzərəsi ilə toy mərasimi keçirmək mümkündür. Adanın hava şəraiti ölkənin digər hissələrindən fərqlənir - il ortasında da gözəl qalır, halbuki Puket və Krabi bölgələrində musson mövsümü başlayır", deyə "Wonders & Weddings" toy agentliyinin qurucusu Vannida Kasivonq bildirib.
Reytinqdə ikinci yeri Fransa şəhəri Marsel tutub. Marsel son zamanlar turistlərin Parisdən üz çevirdiyi daha sakit və populyar bir məkan halına gəlib.
Üçüncü yerdə isə Afrikanın şimalında yerləşən, Mərakeşin dördüncü böyük şəhəri Marakeş gəlir. Bu şəhər təcrübəli səyahətçiləri münasib qiymətlərlə cəlb edən "isti" məkanlardan biri hesab edilir.
Dünyanın ən yaxşı toy məkanları:
1. Samuy adası, Tailand
2. Marsel, Fransa
3. Marakeş, Mərakeş
4. Portuqaliya Rivyerası
5. Sidney, Avstraliya
6. Rivyera Maya, Meksika
7. Afina Rivyerası, Yunanıstan
8. Kotor körfəzi, Monteneqro
Aydın
Şərhlər