İşğalçıların Donetsk vilayətinin Uqledar şəhəri yaxınlığında uğursuz hücumunun görüntüləri Rusiya Federasiyasının hərbi komandanlığının yeni tənqid dalğasına səbəb olub.
Qaynarinfo Müharibənin Tədqiqi İnstitutunun (ISW)
hesabatına istinadən xəbər verir ki, rusiyalı bloqçuların iddiasına görə, 2022-ci ilin noyabrında Pavlovka bölgəsində (Uqledarın yaxınlığında) 155-ci dəniz piyada briqadasının uğursuz hücum cəhdlərinə rəhbərlik edən komandirlər Uqledarın tutulması səylərinə görə məsuliyyət daşıyırlar.
Xüsusən də rusiyalı jurnalistlərdən biri Şərq Qüvvələri Qrupunun komandanı, general-leytenant Rüstəm Muradovu ittiham edib. O, həmçinin döyüş meydanında dəfələrlə uğursuzluğa düçar olan zabitlərin açıq şəkildə mühakimə olunmasına çağırıb.
Analitiklər hesab edirlər ki, 155-ci Dəniz Briqadası çox güman ki, zəif təlim keçmiş səfərbərlikçi heyətdən ibarətdir. Onların fikrincə, rusiyalı çağırışçıların sistematik olaraq zəif hazırlığı Ukraynaya qarşı müharibədə taktiki uğursuzluqlara səbəb olacaq.
Alpər