
Venesuela prezidenti Uqo Çavesin söz sözləri bəlli olub.
APA-nın verdiyi məlumata görə, Uqo Çavesin yanında olan prezident qvardiyanın rəhbəri, general Xose Omelyanın sözlərinə görə, prezident ölməzdən əvvəl bu sözləri deyib: “Mən ölmək istəmirəm, xahiş edirəm, məni ölməyə qoymayın”.
X. Omelya əlavə edib ki, U.Çavesin ölümünə birbaşa səbəb ürək tutulması oldu.
Qeyd edək ki, Uqo Çavesdə xərçəng xəstəliyi 2011-ci ilin ortalarında aşkar olunub. 2012-ci ilin dekabrın əvvəlində o, Kubada əməliyyat olunub.
Əməliyyatdan sonra 2 ay o, Havana xəstəxanasında müalicə kursu keçib, bu il fevralın ortalarında isə Karakasdakı hərbi hospitala köçürülüb, martın 6-da vəfat edib.
Venesuelanın mərhum prezidenti Latın Amerikasında İspaniya hegemonluğu ilə mübarizə aparmış Simon Bolivarın yanında dəfn oluna bilər.
Qaynar.info