Xəbər lenti

Uraldakı Azərbaycan diasporunun keçmiş liderinə qarşı milyonluq təzminat tələbi
Dünya 12:52 13.01.2026

Uraldakı Azərbaycan diasporunun keçmiş liderinə qarşı milyonluq təzminat tələbi

Uraldakı (Rusiya) Azərbaycan diasporasının keçmiş lideri, hazırda həbsdə olan Şahin Şıxlinski yeni ittihamla üzləşib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, Yekaterinburq sakini Fehruz Şirinov Şahin Şıxlinski və digərlərinə qarşı milyonlarla dollarlıq məhkəmə iddiası qaldırıb. Bu barədə ilk xəbəri ura.ru saytı yayıb.

İddia təkcə Şıxlinskiyə qarşı deyil. Şirinov hazırda istintaq təcridxanasında saxlanılan Səfərov qardaşlarını da məhkəməyə verib. İddiaçının bildirdiyinə əsasən, 2010-cu ildə Səfərovlar ona qarşı sui-qəsd planı hazırlayıblar.

"Şirinovun adı cinayət işində zərərçəkmiş kimi keçir. O, 22 milyon rubldan çox mənəvi təzminat tələb edir", - məlumatda qeyd olunur.

Şahin Şıxlinski 2025-ci ilin yayında həbs edilib. İstintaqçılar onu Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirakda və 2001-ci ildə ticarətçi İkram Paşayevin qətlində əli olmaqda şübhəli bilirlər. Şirinov təsadüf nəticəsində sağ qalmağı bacarıb.

Hadisədən on beş il sonra iş yenidən istintaqa qaytarılıb.
--> -->