Xəbər lenti

Urmiyə su hövzəsinin başçısından gölün bərpasıyla bağlı ümidsiz açıqlama
Dünya09:51 26.07.2022

Urmiyə su hövzəsinin başçısından gölün bərpasıyla bağlı ümidsiz açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ola bilsin, biz artıq Urimiyə gölünü bərpa edə bilməyək”.
Qaynarinfo "İndipendent"in fars bölməsinə istinadən xəbər verir ki, bu sözləri İranın Energetika Nazirliyinin Urmiyə su hövzəsi üzrə rəhbəri Məsud Bağirzadə Kərimi deyib. 
"Qəbul etməliyik ki, həm iqlim dəyişib, həm də bütün sektorlarda istehlak artıb. Bizim su idarəçiliyimiz də səhv olub. Bəlkə biz kənd təsərrüfatı sektorunun istehlakın azalda bilərik, lakin elə bölgədəyik ki, Urmiyədə, Urmiyə gölünün bərpası üçün su bir yana qalsın, insanlara içməli su verilməsində də problemlərlə üzləşmişik”, - Kərimi Urmiyə gölünün vəziyyəti ilə bağlı tənqid və narahatlıqlara cavab olaraq deyib.
O, Urmiyə gölünün tam bərpasına ümid bəsləyənlərin hamısını məyus edərək bildirib: 
"Mütəxəssislərin Urmiyə gölü üçün nəzərdə tutduqları ən real gələcək şimal hissələrinin bərpası və geniş ərazilərinin qurumasıdır. Bu bir həqiqətdir və qəbul edilməlidir”.
Başqa bir tərəfdən, Qərbi Azərbaycan Regional Su Şirkətinin açıqladığı son statistik məlumatlara görə, Urmiyə gölünün sahəsi 1886 kvadrat kilometrə çatıb və 2,36 milyard kubmetr su var ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1148 kvadrat kilometr azdır. Bununla da göldə suyun həcmi 1 milyard 49 milyon kubmetr azalıb.
Vurğulanır ki, bundan əvvəl Qərbi Azərbaycan Böhran İdarəetmə İdarəsinin baş direktoru Əmir Abbas Cəfəri Urmiyə gölünün 95%-nin quruduğunu təsdiqləyərək bildirib ki, son iki onillikdə bu gölün dərinliyi hər il təxminən 40 sm azalıb.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, Urmiyə gölü quruyarsa, bölgədə mülayim hava şəraiti tropik havaya çevriləcək. Duzlu küləklər təkcə Qərbi Azərbaycan əyalətinin əhalisinin deyil, həm də qonşu vilayətlərin əhalisinin həyatını təhlükə altına salacaq. 
Urmiyə gölü İranın şimal-qərbində, Qərbi və Şərqi Azərbaycanın iki vilayəti arasında yerləşir. Göl ölçüsünə görə dünyada ikinci duzlu su gölüdür.
10 il əvvəl Urmiyə gölünün bərpası qərargahının yaradılandan sonra 15 min tüməndən (500 milyon dollar) çox vəsait xərclənməsinə baxmayaraq, hazırda gölün 95%-i quruyub.
Aydın