Xəbər lenti

Urmu gölünün faciəvi durumu: Azərbaycan da təhlükədədir
Dünya15:19 09.05.2022

Urmu gölünün faciəvi durumu: Azərbaycan da təhlükədədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Güney Azərbaycanda yerləşən Urmu gölünün suyunun həcmi ötən bir ildə 2 milyard kubmetr azalaraq, 3.14 milyard kubmetrə düşüb. Dünyanın ikinci ən duzlu gölü olan Urmunun normalda su həcmi 10 dəfə bundan artıq olmalıdır. 
Qaynarinfo bu barədə İranın "Mehr" agentliyinə istinadən xəbər verır. 
Son həftələrdə duzlu küləklər 100 kilometrlərlə məsafəni qət edərək, İranın Zəncan əyalətinə qədər də çatıb. 
Təbrizin Su Mənbələrinin İdarəetmə Təşkilatının direktoru Yusif Qafarzadə bildirib ki, Urmu gölü hazırda 2.5 milyon kvadrat metr təşkil edir və ötən ildən bir milyon kvadrat metr quruyub.
Urmu gölünə axan çayların qarşısında onlarla bərənin tikilməsi, həmçinin gölün ortasında Təbrizi Urmu şəhəri ilə birləşdirən yolun çəkilməsi gölün qurumasını son 10 ildə sürətləndirib.
Urmu gölünün quruması yalnız İranın Güney Azərbaycan əyalətlərini deyil, Türkiyə və Azərbaycana da ekoloji təhlükə yaradır. 
Yerli və beynəlxalq tədqiqatlar, o cümlədən BTM-nin araşdırmasına görə, Urmu gölü qurusa, onun fəsadları, xüsusən duz qasırğaları 500 kilometr ətraf ərazilərə qədər çatacaq. 
M.Arif