"Ukrayna Avropa ailəsinin üzvü olmağa layiqdir”.
Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen
deyib.
Avropa Komissiyasının sədri Leyen Komissiyanın Ukraynanın AB üzvlüyünə namizəd olmasını təklif etdiyini elan etdikdən sonra bildirib ki, Ukrayna Avropa perspektivinə layiqdir:
”Bəli, Ukrayna namizəd ölkə kimi məmnuniyyətlə qarşılanmalıdır”.
Onun sözlərinə görə, qərar ölkədə bir sıra əlavə islahatların aparılacağı anlaşmasına əsaslanıb. Leyen onu da vurğulayıb ki, AB-yə üzvlük prosesi layiqliyə əsaslanır, deməli, "hər şey qaydalara uyğun gedir və tərəqqi tamamilə Ukraynadan asılıdır. Beləliklə, hər şey Ukraynanın öz əlindədir”.
Nurlan Hüseynov