Foto 12:14 23.12.2023

Şuşa yolunda betonqarışdıran avtomobil aşıb, ölən və yaralanan var

Xocavənd rayonu ərazisində avtomobil qəzası olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə Füzuli-Şuşa yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndindən keçən hissəsində qeydə alınıb. Neftçala rayon sakini 1978-ci il təvəllüdlü Rahil Ağayevin idarə etdiyi "DAF” markalı betonvuran yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sərnişin - Biləsuvar rayon sakini 1976-cı il təvəllüdlü Elçin Nəzərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanıb, istintaq aparılır.