Xəbər lenti

Şuşada yaşayanlara tibb xidmətlərin göstərilməsi qaydası açıqlandı
Sağlamlıq07:27 19.07.2022

Şuşada yaşayanlara tibb xidmətlərin göstərilməsi qaydası açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Şuşada yaşayanlar üçün tibb xidmətlərin göstərilməsində heç bir problem yoxdur".
Qaynarinfo "Report"-a istinadən xəbər verir ki, bunu Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov deyib.
O qeyd edib ki, Qala şəhərdə yaşayanların tibbi göndərişləri aidiyyəti qaydada həyata keçirilir.
Mərkəz direktorunun sözlərinə görə, Şuşada yaşayanlar üçün modul tipli xəstəxanada həkimlər bütün lazımi tibbi xidmətləri göstərir:
"Vətəndaşlara ixtisaslaşmış həkim müayinəsi lazım olanda göndəriş Füzuli Rayon Mərkəzi Xəstəxanasına verilir. Lazım gələrsə Bakı şəhərindəki xəstəxanalara da tibbi göndəriş yazıla bilər".