Xəbər lenti

Uşağın 64 sümüyünü sındırdılar: 13 nəfər həbs olundu - VİDEO
Dünya15:14 18.08.2015

Uşağın 64 sümüyünü sındırdılar: 13 nəfər həbs olundu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Banqladeşdə 13 yaşlı uşaq ölkə gündəmini zəbt etməkdə davam edir. “Qafqazinfo” Dhaka Tribune-yə istinadən xəbər verir ki, bir müddət əvvəl ölkənin şimalındakı Sylhet şəhərində velosiped oğurladığı iddia edilən Samiul Alam Rajon adlı 13 yaşındakı uşaq bir qrup yetkin tərəfindən dirəyə bağlanaraq çubuqlarla döyülüb.
Hadisə ilə bağlı artıq cinayət işi açılıb. Araşdırmalar zamanı 13 nəfər istintaqa cəlb olunub. Onlar barəsində həbs qərarı çıxarılıb. Bununla bağlı uşaq hüquqlarının qoruyan təşkilatlar aksiyalar keçirməyə başlayıblar. Aksiyada qanun boşluqlarının olduğunu, uşaq hüquqlarının qorunması və cinayətdə adı hallanan şəxslərin ciddi cəzalandırılmaları tələb olunub. 
Qeyd edək ki, uşağa vurulan zərbələr zamanı onun 64 sümüyünün qırıldığı ortaya çıxıb.  
Qaynar.info