Xəbər lenti

Uşağın beynini qurd yedi - DƏHŞƏT
Dünya09:00 21.09.2013

Uşağın beynini qurd yedi - DƏHŞƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Luiziana şəhərinin sanitar-gigiyena və bakterioloji nəzarət departamentlərinin əməkdaşları bir uşağın ölümünə səbəb olmuş qurdun mənbəyini tapmağa çalışırlar.
 
Milli.Az New York Daily News-a istinadən bildirir ki, Nyu-Orlean şəhərinin Sen-Bernard bölgəsindəki su hövzələrindən birində olan ölümcül təhlükəli qurd 4 yaşlı Dreyk Smitin həyatına son qoyub.
 
Bölgə sakinləri avqustun 1-də balaca Dreykin ölümündən sonra içməli sudan belə istifadə etməyə qorxurlar. Onlar krandan gələn suyu təhlükə mənbəyi sayır, həmin su ilə əl-üzlərini belə yumurlar. Nyu-Orlean şəhərində butulkalarda içməli su satışı çox böyük sürətlə artır.
 
Luiziana ştatı Səhiyyə Departamentindən verilən məlumata görə, "Naegleria fowleri" qurdu burun və ya qulaqdan beyinə keçir, beyini yeməyə başlayır.
 
ABŞ-da 1962-ci ildən bəri 132 nəfərdə "Naegleria amipine" qurdu tapılmışdı. Həmin şəxslərin hamısı qurdun fəsadları nəticəsində ölüb.

Qaynar.info