Xəbər lenti

Uşaq pornoqrafiyasında adı hallanan yazarın - İki ürək qapağı dəyişdirildi
Dünya17:01 07.05.2015

Uşaq pornoqrafiyasında adı hallanan yazarın - İki ürək qapağı dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yazar Vladimir Bukovski ürəyindən əməliyyat olunub. 

Qaynar.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onun köməkçisi Pavel Stroylov məlumat verib.

Yazar doqquz saat çəkən əməliyyatdan sonra Almaniyadakı klinikaların birinə aparılıb. Əməliyyat zamanı onun iki ürək qapağı dəyişdirilib. 

Qeyd edək ki, Bukovski ötən ildən etibarən səhhətində problemlər yaranıb. Keçən həftə isə yazarın vəziyyəti ağırlaşıb, daxili orqanları işləməyib. 

Xatırladaq ki, Vladimir Bukovski uşaqların qeyri-etik fotolarını hazırlamaqda və saxlamaqda ittiham olunur. Onun uşaq pornoqrafiyası saxlaması ilə bağlı məhkəməsi təxirə salınıb. Məhkəmənin 22 may tarixində baş tutacağı bildirilib. 

Qaynar.info