Xəbər lenti

Uşaqlar Birliyində virusa yoluxan 14 uşağın sağlığı nə yerdədir?
Ölkə12:31 28.12.2022

Uşaqlar Birliyində virusa yoluxan 14 uşağın sağlığı nə yerdədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Uşaqlar Birliyində virusa yoluxan 14 uşağın vəziyyəti stabilləşib.
Bu barədə Qaynarinfo-ya birliyin sədri Kamalə Ağazadə məlumat verib.
"Reanimasiyada olan uşağın vəziyyəti yaxşılaşır, qızdırması az da olsa enib. O biri uşaqların da dünənlə müqayisədə vəziyyətləri normallaşıb. Həkimlərimizə təşəkkür edirik”. 
Qeyd edək ki, Uşaqlar Birliyində 14 uşaq virusa yoluxub. Uşaqlardan biri 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Bahar Rüstəmli