Hollandiyanın Rotterdam şəhərində travma keçirmiş uşaqların xəyallarını gerçəkləşdirmək məqədilə qurulmuş "Droom Wens Fondu" üçün toplanılan 800 min avro pulu qumarxanada xərcləyən bir şəxs polis tərəfindən saxlanılıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, saxlanılan şəxs fondun prezidentidir. 61 yaşlı şəxsin futbol dünyasında da tanınan sima olduğu bildirilir.
Hollandiya Maliyyə Təhlükəsizliyi və Araşdırma Qurumunun apardığı araşdırmalara görə, fond rəhbəri 800 min avro yardım pulunu qumarxanalar, qumar saytları və şəxsi xərcləmələri üçün sərf edib.
Toplanılan yardımın sadəcə 10 faizi ehtiyacı olan uşaqlara xərclənib.
Fond 2017-ci ildə yaradılıb. Sadəcə kağız üzərində fəaliyyət göstərən vəqf prezidentin bacısı və yaxın qohumları tərəfindən idarə olunur. İdarə heyəti fond yarandılan gündən bəri bir araya gəlməyib.
Saxlanılan şəxsin evindən tapılan mühasibatlıq qeydləri, afişalar və yardım qutuları müsadirə edilib.
Fondun saytı isə prokurorluğun qərarı ilə bağlanılıb.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!