Xəbər lenti

Uşaqlarda sirli qaraciyər xəstəliyinə səbəb olan virus məlum oldu
Dünya12:02 26.07.2022

Uşaqlarda sirli qaraciyər xəstəliyinə səbəb olan virus məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elm adamları gənc uşaqlarda sirli və bəzən ölümcül hepatit hallarının ən çox ehtimal olunan səbəbini tapdıqlarına iddia ediblər.
Qaynarinfo Politico-ya istinadla xəbər verir ki, bu barədə iki yeni araşdırmada deyilir. 
İki ayrı araşdırmada - biri Şotlandiyada, digəri isə Böyük Britaniyada - təhlil edilən halların 96 faizində yeni virus müəyyən edilib. 
Alimlər hesab edirlər ki, qeyri-adi halların yayılmasına adeno-assosiasiyalı virus 2 infeksiyası adlanan virusa ya başqa bir virusla birgə, ya da təkbaşına yoluxma səbəb olur. Bu virus parvovirus ailəsinin üzvüdür. 
Ancaq alimlərin hamısı hepatit xəstəliyinin səbəbi kimi COVID-19-u istisna edirlər. Şotlandiyadakı araşdırmanın baş müəllifi Emma Tomson jurnalistlərin brifinqində "Bunun COVID-19 ilə əlaqəli olması ehtimalı çox azdır" deyib.
İyulun 12-nə olan məlumata görə, 35 ölkədə 1000-dən çox səbəbi bilinməyən hepatit hadisəsi qeydə alınıb və 22 nəfər ölüb. Böyük Britaniyada ölüm halları qeydə alınmayıb, 12 uşaqda isə qaraciyər transplantasiyasına həyata keçirilib. 
Nurlan Hüseynov