Xəbər lenti

Uşaqların Trampın qızına göndərdiyi məktublar müzakirəyə səbəb olub (FOTOLAR)
Dünya09:30 27.08.2017

Uşaqların Trampın qızına göndərdiyi məktublar müzakirəyə səbəb olub (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın "Twitter" hesabından paylaşdığı şəkil müzakirəyə səbəb olub. 

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İvanka paylaşdığı şəkildə uşaqlara ona göndərdiyi məktublara görə təşəkkür edib və bu məktubları oxumağın həftə ərzində gördüyü ən vacib işlərdən biri olduğunu vurğulayıb.

Lakin prezident qızının paylaşdığı məktublar sosial şəbəkədə mübahisələrə səbəb olub. Belə ki, uşaqlara xas olmayan "Xanım İvanka Tramp" müraciəti, gözləri dollarla əvəz olunmuş emoji və sözlərdə istifadə olunan "K" hərfinin eyni əl yazısını xatırlatması insanlar tərəfindən etirazla qarşılanıb. Amerika ailəsinin uşaqlara pulun yox, sevgi və hörmətin üstün olduğunu öyrətməyin vacibliyini vurğulayan insanlar İvankanı saxtakarlıqda ittiham edib və bu məktubların uşaqlar yox, özləri tərəfindən hazırlandığını iddia ediblər. 

Gülşən

Qaynarinfo.Az