Xəbər lenti

Uşaqlarına Adolf adı verən cütlük həbs edildi (FOTO)
Dünya10:38 19.12.2018

Uşaqlarına Adolf adı verən cütlük həbs edildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərədə uşaqlarına Adolf adı qoyan cütlüyə həbs cəzası verilib.
Qaynarinfo xəbər verir ki, Banböri bölgəsində yaşayan Adam Tomas və Klaudiya Patatas "Milli Hərəkat" adlı terrorçu təşkilata üzv olmaqda ittiham edilərək azadlıqdan məhrum edilib. Tomasa 6,5 il, Patatasa isə 5 il həbs cəzası verilib. Məhkəmədə cütlük əl-ələ tutaraq ağlayıb. Adam Tomas irqçi olduğunu qəbul etsə də, irqçi "Ku Kluks Klan" təşkilatının geyimi ilə çəkdirdiyi şəklin zarafat olduğunu deyib. Adam Tomas və Klaudiya Patatasın evində bıçaq, tüfəng, faşist simvol və bayraqları tapılmışdı. 
Təşkilatın digər 4 üzvünə də cəza kəsilib. 27 yaşlı Daniel Boqunoviç 6 il 4 ay, digər 3 nəfər isə 5 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Həbs edilənlər arasında olan Darren Fletçer azyaşlı qızına faşist salamı verməyi öyrədib.
Qeyd edək ki, Milli Hərəkat 2013-cü ildə yaradılıb və təşkilatın üzvlərinin sayı 100-dən çox deyil.
Gülşən