Xəbər lenti

Uşaqlarına Məhəmməd adı verənlərə 1000 dollar veriləcək
Ölkə13:06 13.01.2014

Uşaqlarına Məhəmməd adı verənlərə 1000 dollar veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bu barədə öz İnstaqram hesabında yazıb

Çeçenistanda uşaqlarını Məhəmməd Peyğəmbərin (s.ə.s) şərəfinə adlandıranlara min dollar mükafat veriləcək. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bu barədə məlumatı İnstaqram hesabında yazıb.

Çeçenistan başçısının sözlərinə görə, bu qərarı Rusiyanın qəhrəmanı Əhmət-Hacının adına Regional İctimai Fonda rəhbərlik edən Kadırovun anası Aymani Qədirova qəbul edib.
Dövlət Statistikası Federal xidmətinin ərazi idarəsindən bildirilib ki, Çeçenistan Respublikası Rusiyada ən yüksək doğum göstəricilərinə görə ilk sıradadır. Belə ki, 2013-cü ildə təzə doğulmuş körpələrin sayı ölüm saylarından beş dəfə çoxdur.

Qeyd edək ki, Çeçenistan Respublikasında peyğəmbər Məhəmmədin (s.ə.s) ad günü geniş qeyd edilir. Bütün respublika üzrə bayram tədbirləri keçirilir. Həmçinin Çeçenistan Respublikasının müxtəlif rayonlarında ehtiyacı olanlara 60 mindən çox şəkər, un və düyü kisəsi paylanılıb.

Məhəmməd Peyğəmbərin (s.ə.s) ənənəvi ad günü müsəlmanlar tərəfindən islam ay təqvimi üzrə üçüncü ayın 12-də qeyd edilir.


Qaynar.info