Ukrayna döyüşçüləri Xarkov vilayətində təxminən 2500 kvadrat kilometr ərazini azad ediblər. Ukrayna Silahlı Qüvvələrinin rusiyalılarla İzüm arasında quru rabitə xətlərini kəsmək üçün yaxşı şansı var.
Bu barədə Qaynarinfo Müharibə Tədqiqi İnstitutunun (ISW) məlumatlarına istinadən xəbər
verir.
"Ukrayna qüvvələri sentyabrın 9-dan etibarən Kupyansk və İzüm istiqamətində irəliləməyə davam edir və oradakı Rusiya qüvvələrini təcrid etmək üçün tədbirlər görür. Əgər ukraynalılar Rusiyanın quru xətlərini kəsə bilsələr, İzüm ətrafında olan qruplaşmanı müharsirəyə ala və Ukraynanın şimal-şərqindəki Rusiya mövqelərinin əksəriyyətini məhv edə bilər”, - analitiklərin hesabatında deyilir.
Beləliklə, ISW aşağıdakı nəticələrə gəlir (əsas tezislər):
• Kreml Ukraynanın effektiv əməliyyatlarına cavab olaraq resursları Xarkov vilayətinə atır;
• Ukrayna qoşunları Kupyanskın kənarına çatıb və sentyabrın 9-na kimi şimal-qərb, şimal, şimal-şərq və cənub-şərqdən İzümə doğru irəliləyir. Və yəqin ki, yaxın günlərdə Rusiyanın İzümlə quru əlaqəsini kəsəcəklər;
• Ukrayna döyüşçüləri ehtimal ki, artıq Qruşevaxanın şimalına, Xarkov vilayətinin şimal-şərqindəki Bolşoy Burlukdakı Rusiyanın logistika mərkəzinə doğru irəliləyiblər;
• Ukrayna Silahlı Qüvvələri Ukraynanın cənubunda əks-hücum əməliyyatlarını davam etdirir, xüsusən də Rusiyanın yerüstü rabitə yollarını bağlayır, rus işğalçılarının əhval-ruhiyyəsini pozur;
• Rusiya qoşunları Xarkovdan şimala və bütün şərq boyunca qurudan hücumlar həyata keçirir.
Nizami Bağırov