Ukrayna silahlı qüvvələri (USQ) ABŞ-ın təmin etdiyi raket sistemlərindən istifadə etməklə zərbələrin böyük əksəriyyətində Pentaqon rəsmiləri tərəfindən təmin edilmiş və ya təsdiqlənmiş məlumatlardan istifadə edir.
Bu barədə Qaynarinfo Washington Post-a istinadən xəbər
verir.
Bildirilir ki, Ukrayna qüvvələri ABŞ və müttəfiqləri tərəfindən ötürülən raket sistemlərindən Avropadakı bazalardan birindən ABŞ hərbçiləri tərəfindən verilən konkret koordinatlar olmadan, demək olar ki, heç vaxt istifadə etmir. Bu proses Vaşinqtona tədarük halında daha uzun mənzilli sistemlərdən necə istifadə ediləcəyinə inam verməlidir.
Birləşmiş Ştatlar kampaniyada Pentaqonun əsas rolunu etiraf etdi və vurğuladı ki, yardımın hədəflənməsi məhdud sursat ehtiyatlarının istifadəsində maksimum səmərəliliyin təmin edilməsinə xidmət edir. Pentaqona görə, Ukrayna ABŞ-dan nəyə zərbə vuracağına dair razılıq almır və adətən Rusiya qüvvələrinə başqa silah növləri ilə zərbələr endirir.
"Ukraynaya özünü Rusiyanın təcavüzündən müdafiə etmək üçün kəşfiyyat məlumatlarını paylaşdığımızı çoxdan etiraf etmişik və zaman keçdikcə məlumat mübadiləsi prosesini sadələşdirmişik. Ukraynalılar hədəflərin tapılmasına, onların prioritetləşdirilməsinə və hansına hücum edəcəyinə qərarın verilməsinə cavabdehdirlər", - Pentaqonun bəyanatında deyilir.
Ukrayna rəsmisinin sözlərinə görə, ABŞ hərbçiləri heç də həmişə tələb olunan koordinatları vermir və bu halda Ukrayna qüvvələri "kor-koranə” atəş açmır.
Nizami Bağırov