Xəbər lenti

USQ İranın Rusiyaya verdiyini dandığı PUA-nı Kupyansk yaxınlığında vurdu (FOTO)
Dünya07:50 13.09.2022

USQ İranın Rusiyaya verdiyini dandığı PUA-nı Kupyansk yaxınlığında vurdu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Silahlı Qüvvələri çox güman ki, rusiyalıların istifadə etdiyi İran istehsalı olan ilk zərbə pilotsuz uçuş aparatını vurub. Bu hadisə Xarkov vilayətinin Kupyansk şəhəri yaxınlığında baş verib. 
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin strateji kommunikasiya idarəsinin Telegram kanalına istinadən məlumat yayıb.
"Böyük ehtimalla iddia etmək olar ki, Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Kupyansk yaxınlığında İran istehsalı olan hücum pilotsuz uçuş aparatını məhv edib", - məlumatda deyilir.
Qeyd olunur ki, PUA-nın qanadının elementlərinin görünüşünün təhlili Ukrayna Silahlı Qüvvələrinin ilk dəfə İran PUA-nı məhv etdiyini qəti şəkildə bildirməyə imkan verir. Söhbət uzaq mənzilli kamikadze Shahed-136-dan gedir.
Xatırladaq ki, bu yaxınlarda ABŞ Rusiyanın İrandan Ukraynaya qarşı müharibədə istifadə etmək üçün yüz ədəd zərbə PUA-sının verilməsini xahiş etdiyini bildirib.
Bundan sonra İran Ağ Evin ittihamlarını rədd edərək, hərbi əməliyyatların daha da genişlənməsinə qarşı olduqlarını qeyd ediblər.
Lakin sonradan məlum olub ki, Rusiya rəsmiləri dronları yoxlamaq üçün iki dəfə İranın mərkəzindəki aerodromda olublar (təsdiq etmək üçün Vaşinqton peyk görüntülərini təqdim edib). Həmçinin bildirilib ki, ruslar İranın "Şahed-191” və "Şahed-129” zərbə PUA-ları ilə təlimlərə başlayıb.
Nizami Bağırov