Xəbər lenti

USQ Kurskdan çəkilərkən ən yaxşı silahlarını ruslara buraxıb -
Dünya 11:56 14.03.2025

USQ Kurskdan çəkilərkən ən yaxşı silahlarını ruslara buraxıb - "Forbes"

Birkaç gün əvvəl Ukrayna qoşunları Kursk vilayətindən geri çəkilib. 

Qaynarinfo xəbər verir ki, "Forbes" analitiki Devid Aksın yazdığına görə, Ukrayna Silahlı Qüvvələri geri çəkilərkən sürətlə hərəkət edib və görünür, bunu qaranlığın örtüyü altında həyata keçirib.
 
Onlar özləri ilə apara bilmədikləri ağır texnikanı sadəcə atıb – faktiki olaraq onu düşmənə təhvil veriblər.  

Beləliklə, ruslar "Ukraynanın ən yaxşı briqadalarına məxsus ən yaxşı maşınları və artilleriyanı" ələ keçirə bilib, – analitik qeyd edir.  

"Ümumilikdə, ukraynalılar Kursk vilayətində təxminən 500 avtomobil və digər ağır texnikasını itirib. Rusların itkiləri isə təxminən 600-dür", – deyə o yazır.  

M-1 Abrams tankı  

ABŞ 2023-cü ildə Ukraynaya 31 ədəd M-1 Abrams tankı verib və bu tanklarla elit 47-ci mexanikləşdirilmiş briqadanın bir batalyonu təchiz edilib.  

"Aqressiv döyüşlər aparan, tez-tez hücuma keçən 47-ci mexanikləşdirilmiş briqada çox vaxt zədələnmiş M-1 tanklarını Ukrayna və Rusiya xətləri arasındakı mübahisəli neytral ərazidə qoyurdu ki, bu da milyonlarla dəyəri olan tankların bərpasını çətinləşdirirdi. Buna görə də Kursk vilayətindən çıxarkən briqadanın daha bir zədələnmiş Abrams tankını buraxması təəccüblü deyil... və ruslar onu ələ keçirib", – Aks yazır.  

Nəticədə, 47-ci mexanikləşdirilmiş briqada ən azı 10, ən çoxu isə 19 M-1 tankını itirib. Lakin sevindirici haldır ki, Avstraliyadan 49 yeni M-1 tankı tezliklə hərbi yardım kimi göndəriləcək.  

M-2 Bradley döyüş maşını  

M-2 Bradley, ehtimal ki, Rusiya-Ukrayna müharibəsində ən yaxşı döyüş maşınıdır, çünki o, hərəkətlilik, müdafiə və atəş gücünün balanslı birləşməsinə malikdir.  

Bayden administrasiyası Ukraynaya 300-dən çox Bradley göndərib və ukraynalılar bu maşınları ən azı altı batalyona, o cümlədən 47-ci mexanikləşdirilmiş briqadaya bölüşdürüb. Hazırda Ukrayna Silahlı Qüvvələri artıq azı 80 Bradley döyüş maşınını itirib və Kursk vilayətində onlardan ən azı biri ruslar tərəfindən ələ keçirilib, – Aks yazır.  

Əsas problem ondadır ki, Ukrayna Silahlı Qüvvələri, əgər Donald Tramp administrasiyası əlavə maşınlar göndərməyə söz verməsə yeni Bradley döyüş maşınları əldə edə bilməyəcək.  

M-777 özüyeriyən artilleriya qurğusu  

2022-ci ilin yazında Britaniya istehsalı olan ilk M-777 özüyeriyən artilleriya qurğusunun Ukraynaya gətirilməsi dönüş nöqtəsi olub və Ukrayna ordusunun köhnəlmiş sovet silahlarından və mərmilərindən ən müasir Qərb silahlarına və mərmilərinə keçidinin başlanğıcını qoyub.  

Ümumilikdə, Ukrayna 200-ə yaxın M-777 alıb. Lakin bu qurğuların əhəmiyyəti onları ruslar üçün prioritet hədəfə çevirib və müharibə ərzində Ukrayna ən azı 55 M-777-ni itirib. Kursk vilayətindən geri çəkilmə zamanı isə ruslar daha birini ələ keçirib və bu, ehtimal ki, Rusiyanın əlinə keçən ilk tam işlək vəziyyətdə olan M-777-dir.  

Kursk əməliyyatı – son xəbərlər  

12 martda Ukrayna Silahlı Qüvvələri Kursk vilayətindəki əsas mövqelərdən, o cümlədən Sudca şəhərindən planlı şəkildə geri çəkilib. Daha sonra Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Ukrayna qüvvələrinin Kursk vilayətində daha əlverişli mövqelərə geri çəkildiyini təsdiqləyib, lakin cəbhə xəttinin dəqiq yerini açıqlamayıb.  

"Ukrayna NATO-da" ümumukrayna ictimai təşkilatının sədri və Atlantik Şuranın üzvü Yuri Romanyuk isə Ukraynanın qoşunlarını Kursk vilayətindən çıxarmasının ABŞ-ın tələbi ilə bağlı ola biləcəyini ehtimal edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->