Xəbər lenti

USQ “Neptun”larla Krasnodarda neft terminalı və bərə keçidini dağıtdı
Dünya07:23 31.05.2024

USQ “Neptun”larla Krasnodarda neft terminalı və bərə keçidini dağıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 31-nə keçən gecə Rusiyanın Krasnodar vilayətindəki "Qafqvaz” limanının bərə keçidi və neft terminalının vurulmasını təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Ukrayna Hərbi Dəniz Qüvvələrinin qüvvə və vasitələrinin zərbə qrupu Rusiyanın Krasnodar vilayətində "Qafqaz” limanının bərə keçidinə və neft terminalına zərbələr endirib. Bu, mayın 31-də günün əvvəlində - Ukrayna Müdafiə Qüvvələrinin işğal olunmuş Krım ərazisində təcavüzkarın hərbi maddi-texniki təchizatı üçün istifadə olunaqn Kerç bərə keçidinin "Qafqaz” limanına gedən bərələrini dəqiq zərbələrlə sıradan çıxarmasından sonrakı gecə baş verib”, - məlumatda deyilir.
Hərbçilər "Qafqaz” limanı yaxınlığındakı neft terminalının Neptun sahil raket sistemindən Ukrayna istehsalı olan bir neçə raketlə vurulduğunu bildirib.
Bildirilir ki, obyektiv monitorinqin nəticələri hədəf obyektlərdə partlayışların baş verdiyini təsdiqləyir.
Kompleks əməliyyat Ukrayna Müdafiə Qüvvələrinin digər komponentləri ilə koordinasiyada həyata keçirilib. Ayrıca, Müdafiə Qüvvələrinin PUA-ları Krasnodar diyarında daha bir neft terminalını vurub.
Baş Qərargah vurğulayıb ki, Rusiyanın "müasir” və "effektiv” hava hücumundan müdafiəsi yenidən Ukrayna raketləri və pilotsuz sistemləri qarşısında acizliyini sübut edib və Rusiya ordusunun maddi-texniki təchizat və təminatı üçün istifadə olunan mühüm obyektləri qoruya bilməyib.
ASTRA Telegram kanalının məlumatına görə, Volna kəndindəki "Tamannefteqaz” neft bazasından əlavə, yerli hakimiyyət orqanlarının məlumat vermədiyi ən azı daha 2 obyektə hücum edilib. Xüsusilə, "Qafqaz” dəniz limanına hücum nəticəsində nasos stansiyası yanıb, işçiləri təxliyə edilib.
Bundan əlavə, Temryuk rayonunun Belı kəndində "Krıma enerji körpüsü” adlandırılan elektrik yarımstansiyası da hücuma məruz qalıb. Yarımstansiya zədələnsə də, fəaliyyətini davam etdirib.
Arayış üçün: "Port Kavkaz” yük dövriyyəsinə görə Rusiya Federasiyasının beşinci limanı və Qara dəniz-Azov hövzəsində Novorossiysk limanından sonra ikinci limandır.
Alpər