Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalçı ordusunun zabiti Vyaçeslav Maklaqini məhv edib. O, rusların Suriyadakı "əməliyyatlarında” iştirak edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sonuncu blokpost” Telegram kanalı məlumat yayıb.
İşğalçının ölümü ilə bağlı məlumatlar Rusiya mətbuatında da yer alıb.
Makaginin 29 yaşı var olub. Putin ölümündən sonra onu "İgidliyə görə” ordeni ilə təltif edib. Onun cənazəsi artıq Rostov vilayətinə çatdırılaraq dəfn edilib.
Vyaçeslav Maklagin 1993-cü ildə Novoşaxtinskdə anadan olub. Orta məktəbi bitirib, sonra Cənubi Rusiya Dövlət Texniki Universitetinə daxil olub.
İxtisasca proqramçı və naviqator olub. Uzaq Şərqdə xidmət edib. Suriyada döyüşüb.
UNIAN-ın yazdığına görə, martın 8-də Ukrayna əsgərləri rus polkovnik-leytenant Yuri Aqarkovu məhv edib. O, Volqoqrad vilayətinin Kamışin şəhərində yerləşən motoatıcı alayına komandirlik edib.
Çuquyevin azad edilməsi zamanı Ukrayna döyüşçüləri Rusiya Silahlı Qüvvələrinin 61-ci əlahiddə dəniz piyada briqadasının komandiri polkovnik-leytenant Dmitri Safronovu və Rusiya Hərbi Hava Desant Qüvvələrinin 11-ci əlahiddə desant-hücum briqadasının komandir müavini polkovnik-leytenant Denisselovu da məhv ediblər.
Alpər