Xəbər lenti

USQ Rusiya dəniz piyada briqadasının komandirini məhv etdi (VİDEO)
Dünya07:30 23.03.2022

USQ Rusiya dəniz piyada briqadasının komandirini məhv etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna hərbçiləri Rusiya dəniz piyada briqadasının komandirini məhv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının operativ qərargahının spikeri Sergey Bratçuk məlumat verib.
O qeyd edib ki, düşmənlər, o cümlədən Odessaya basqın etməyi planlaşdıran rus dəniz piyadaları indi Nikolayevlə Mariupol arasında hardasa "çürüyürlər”.
"Yaxşı xəbər var - Rusiya dəniz piyadalarının briqadasının komandiri məhv edilib", - Bratçuk bildirib.
O, Ukrayna Silahlı Qüvvələrinə və doğma torpaqlarını işğalçılardan qoruyan hər kəsə təşəkkür edib. Bratçuk hər kəsə xoş gün və xoş xəbərlər arzulayıb. 
O, qələbəyə inandığını da əlavə edib.
"Ukraynalı qadınları zorlamağa, ukraynalı uşaqları öldürməyə cəhd edən hər kəsin taleyi belə olacaq. Onları bağışlamaq olmaz", - Bratçuk deyib.
Alpər
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=6065" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">