Kiyev vilayətində Ukrayna Silahlı Qüvvələri işğalçı alayının komandiri, rusiyalı polkovnik Zaxarovu məhv edib.
Qaynarinfo Pravda.com.ua-ya istinadla xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.
"Kiyev vilayətinin Brovarski rayonunda döyüş əməliyyatları zamanı Mərkəzi Hərbi Dairənin 90-cı tank diviziyasının 6-cı tank alayının (Çebarkul) balon-taktiki qrupu (BTQr) şəxsi heyət və texnikada xeyli itki verib. O cümlədən, alayın komandiri polkovnik A.Zaxarov məhv edilib”.
Bildirilir ki, BTQr-nin 6-cı tank alayının xeyli itki verməsi nəticəsində 90-cı tank diviziyasının 239-cu tank alayının BTQr-si ilə birlikdə geri çəkilərək müdafiə olanmağa məcbur qalıblar.
Alpər
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/KQi3Tu72krU" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">