Xəbər lenti

USQ Rusiyanın Ukraynanın cənubundakı planlarını açıqladı (VİDEO)
Dünya15:24 16.04.2022

USQ Rusiyanın Ukraynanın cənubundakı planlarını açıqladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Silahlı Qüvvələri rus işğalçılarının Ukraynanın cənubunda planlarını açıqlayıb (video)
Rusiya Xerson vilayətinin inzibati sərhədlərinə çatmaq üçün cənubda hücumu bərpa etməyə çalışacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Cənub” əməliyyat komandanlığının "Facebook" səhifəsində məlumat verilib.
"Nikolayev və Xerson vilayətlərində düşmən döyüş qabiliyyətini bərpa etməkdə davam edir, təchizatını artırmağa və mövqelərini təchiz etməyə çalışır. Aydındır ki, düşmən Xerson vilayətinin inzibati sərhədlərinə çatmaq üçün hərbi əməliyyatları gücləndirəcək və hücumu bərpa etməyə çalışacaq. Lakin qüvvələrimiz adekvat cavab hazırlayır”, deyə məlumatda bildirilir.
Komandanlıq əlavə edib ki, ötən gecə Rusiya ordusu tank və artilleriyadan istifadə etməklə Ukraynanın mövqelərini və yaşayış məntəqələrini atəşə tutub.
Bundan əlavə, Kirovoqrad və Nikolayev vilayətlərinin müxtəlif infrastruktur obyektləri raket zərbələrinə məruz qalıb. Yalnız həmin gecə üçün Rusiyanın ümumi itkiləri 14 nəfər və 4 texnika olub:
"Qara dənizdə qanadlı raketlərlə silahlanmış Rusiya hərbi gəmiləri qrupunun mövcudluğunu nəzərə alsaq, raket zərbələri təhlükəsinin səviyyəsi yüksək olaraq qalır”.
Aydın
<iframe src="https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2FokPivden%2Fvideos%2F388783623112561%2F&show_text=false&width=560&t=0" width="560" height="314" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowfullscreen="true" allow="autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share">