Xəbər lenti

USQ rusların ponton keçidini necə məhv etdiklərini nümayiş etdirdi
Dünya14:42 16.03.2022

USQ rusların ponton keçidini necə məhv etdiklərini nümayiş etdirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
128-ci Əlahiddə Dağ-Hücum Zakarpat Briqadasının raket artilleriyası - Zakarpat legionu döyüş bölgəsində Rusiyaya məxsus ponton keçidini məhv edib.
Qaynarinfo xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələri Facebook-da məlumat yayıb.
"128-ci Əlahiddə Dağ Hücum Zakarpat Briqadasının artilleriya bölməsi döyüş bölgəsində Rusiya ordusunun ponton keçidində atəş açıb.
Kolon dağıdılıb və onu bərpa etmək mümkün deyil, ekipaj üzvlərinin çoxu da məhv edilib”.
USQ sosial şəbəkədə düşmənin məhv edilməsinin videosunu da yerləşdirib.
İlk kadrlarda meşə kənarındakı ağacların arasında kamuflyaj edilmiş ponton keçidi üçün Rusiya texnikasının mövqeləri göstərilir. Bunlar dronlar tərəfindən qeydə alınıb.
Sonra Ukrayna hərbçiləri "Qrad” çoxsaylı buraxılış raket sistemləri ilə düşməni məhv edir və rusların aşkar edə bildiyi atəş mövqelərini sürətlə tərk edirlər.
Alpər