Ukrayna ordusu Şimali Atlantika Alyansının (NATO) standartlarına tam uyğun olmağa hazırlanır.
Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın "Pais” qəzeti diplomatlara istinadən yazır.
Mətbuat iddia edir ki, NATO ölkələri Ukrayna Silahlı Qüvvələrinin hazırlığı mərkəzi açmağı planlaşdırır. İdeya Brüsseldə (14-15 fevral) NATO müdafiə nazirlərinin görüşündə ətraflı müzakirə olunur. Qərar 2024-cü ilin iyulunda Vaşinqtonda keçiriləcək NATO sammitində verilməlidir.
Bildirilir ki, yeni layihə Avropa İttifaqının təlim missiyasını tamamlayacaq: "O, Kiyevə təkcə öz hərbi qulluqçularının hərbi təlimlərini keçirməyə deyil, həm də onlara hərbi idarəetmə strategiyasını öyrətməyə kömək etmək üçün nəzərdə tutulub”, qəzet yazıb.
Mərkəzin dəqiq harada yerləşəcəyi qeyd olunmayıb. Təlimatçıların mərkəzdə daimi qalacaqları, yoxsa müəyyən müddətə göndəriləcəkləri də məlum deyil.
Keçən il G7 ölkələri Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi haqqında bəyannamə imzalayıblar - Ukraynaya müdafiə sənayesinin inkişafı, kəşfiyyat məlumatlarının mübadiləsi və müasir silahların ötürülməsi vəd edilib.
Alpər