Xəbər lenti

USQ: Yüz milyonlarla avropalı radiasiya təhlükəsi altındadır
Dünya18:38 29.03.2022

USQ: Yüz milyonlarla avropalı radiasiya təhlükəsi altındadır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya qüvvələrinin Çernobıl zonasındakı fəaliyyəti yüz milyonlarla avropalının radiasiya təhlükəsi ilə üzləşməsinə səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.
"Rusiya və onun beynəlxalq təşkilatlardakı çoxsaylı agentləri Moskva tərəfindən Çernobıl AES-in yaxınlığında külli miqdarda döyüş sursatının daşınması və yığılması faktlarını təkzib edirlər. Bu, hər an partlayışa səbəb ola bilər", - paylaşımda deyilir.