Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ölkənin işğal olunmuş rayonlarında kütləvi repressiyaları təbliğ edən Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə qarşı ittiham irəli sürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə UTX-nin rəsmi "Telegram" kanalında məlumat dərc
edib.
UTX Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbərinə qarşı genişmiqyaslı sübut bazası toplayıb. Xüsusilə, onun Ukraynanın cənub və şərqində müvəqqəti işğal olunmuş rayonlarında işğal rejiminin tətbiqi ilə bağlı fəaliyyəti sənədləşdirilib.
Məmur Rusiya Federasiyasının ali hərbi-siyasi rəhbərliyinin Ukraynadakı müqavimət hərəkatını yatırmaq tapşırığını yerinə yetirir.
Bundan əlavə, Bastrıkin Rusiya Federasiyasının silahlı təcavüzünə və Ukraynanın şərq və cənub vilayətlərinin bir hissəsinin ələ keçirilməsinə açıq şəkildə haqq qazandırır. O, bunu Rusiya telekanallarında çıxışları zamanı dəfələrlə bildirib.
Toplanmış sübutlara əsasən, Təhlükəsizlik Xidmətinin müstəntiqləri Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbərinə Cinayət Məcəlləsinin iki maddəsilə (110-cu maddəsinin 2-ci hissəsi; 436-2-ci maddəsinin 3-cü hissəsi) şübhə ilə bağlı məlumat veriblər.
Nizami Bağırov