
"Lukoyl" şirkəti sentyabr ayında 160 min karatlıq ilk almaz partiyasını satacaq.
Qaynar.info anspress-ə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov Rusiya prezidenti Vladimir Putinə bildirib. Putin Arxangelsk vilayətində dağ-mədən kombinatına baş çəkib.
Almaz hasilatı “Lukoyl”un yeni biznes istiqamətidir. Şirkətin məlumatına görə, bu il 340 min karat almaz çıxarılıb. Amma Ələkbərovun dediyinə görə, hələ bir partiya da satılmayıb. “2015-ci ildə biz ayda 300 min karatdan çox çıxarıcığıq”, - deyə o vurğulayıb.
Qaynar.info