Tanınmış aktyor Valeri Zolotuxin vəfat edib. Trend-in şənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Moskva Mədəniyyət Departamentinin rəhbəri Sergey Kapkov deyib.Zolotuxin ötən həftə xəstəxanaya yerləşdirilmişdi, həkimlər aktyorun səhhətini sabit ağır qiymətləndirmişdilər.
Qeyd edək ki, Rusiyanın xalq artisti Zolotuxin 1941-ci il iyunun 21-də Altay diyarının Bıstrıy İstok kəndində anadan olub.
Qaynar.info