Türkiyənin Van bölgəsində ölkəyə qanunsuz yolla keçən 13 miqrantın donaraq öldüyü məlum olub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən xilasetmə briqadaları hələ hadisə yerinə gedə bilməyib.
Van valiliyindən verilən açıqlamaya görə, məsələdən axşam saatlarından xəbərdar olublar. Hava şəraitinin normallaşmasından sonra hadisənin araşdırılacağı bildirilir. Həmçinin İran rəsmiləri ilə də qarşılıqlı şəkildə məlumat paylaşılır.
Qeyd edək ki, bir müddət əvvəl Vanda qar uçqunu nəticəsində 41 nəfər də həyatını itirmişdi.
Camal