Vanın Tuşba rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.
Qaynarinfo bu barədə TRT-yə istinadən xəbər
verir.
Türkiyə Fövqəladə Hallar İdarəsinin (AFAD) saytında yer alan məlumata görə, Vanın Tuşba rayonunda saat 12:37-də 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ yerin təxminən 8,20 kilometr dərinliyində baş verib.
Yeraltı təkan nəticəsində ölənlər və dağıntılar barədə hələlik heç bir məlumat yoxdur.
M.Arif