"Mənim namusum var” fraksiyasının üzvü Artur Vanetsyan Ermənistan parlamentini tərk edib.
Qaynarinfo xəbər verir ki, deputat bu barədə ölkənin İctimai Televiziyasına bildirib.
Artur Vanetsyan qeyd edib ki, onunla yanaşı, "Vətən” partiyası da parlamenti tərk edib. Qərarını izah edən deputat "Fikrimcə, xalq bizə mandat verib ki, bu iqtidarı hakimiyyətdən rədd edək. Seçicim mənə mandat verməyib ki, civə haqqında qanunu müzakirə edim. Parlamentimizdə elə bir vəziyyətin şahidi olduq ki, hərbi geyimli təhlükəsizlik işçiləri müxalifətçi deputatların siyasi açıqlamasına görə onları binadan şölə atır. İqtidardakı deputatların digərlərinə qarşı necə kobud davranışlar nümayiş etdirməsinin şahidi oluruq", deyib.