"Balkanların Nostradamusu" adlandırılan Vanqa 1996-cı ildə, 85 yaşında ölmədən öncə 2020-ci il üçün də bir sıra proqnozlar verib.
Qaynarinfo "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bolqar kahinin öncəgörmələri arasında ABŞ və Rusiya prezidentləri haqda məlumatın olduğu iddia edilir. Proqnozlara görə, Rusiya prezidenti Kreml daxilində təşkil ediləcək sui-qəsd nəticəsində ölə bilər. İmpiçment prosesi ilə başı dərddə olan Ağ Ev rəhbəri beyin xərçəngi səbəbindən kar ola və ya həyatını itirə bilər.
Xatırladaq ki, Vanqanın ötənilki proqnozlarında da iki supergüc dövlət liderinin həyatının təhlükədə olduğu qeyd olunmuşdu.
Vanqanın proqnozlarında tez-tez dəyişiklik etdiyi digər bir nöqtə də Asiya qitəsinin yox olacağı iddiasıdır. Onun təxminlərinə görə, böyük bir dalğa sahilə çırpılacaq və insanlar su altında qalacaq. Bəziləri bu kəhanətin 2004-cü ildə Cənub-Şərqi Asiyada azı 230 min nəfərin öldüyü zəlzələ və tsunami ilə gerçəkləşdiyinə inanır.
Vandanın digər proqnozları:
Orqan klonlanması: Onun öncəgörmələrinə görə, orqanlar 2046-cı ildə klonlaşdırılacaq və beləliklə bəzi xəstəliklərin müalicəsi asanlaşacaq.
Kommunizm geri qayıdacaq: 2076-cı ilə qədər kommunizm Avropaya və dünyanın digər yerlərinə yayılacaq.
Sualtı sivilizasiyaları: 2130-cu ilə qədər insanlar su altında yaşamağı öyrənəcəklər.
Qiyamət: 3797-ci ilə qədər yer üzündə hər şey məhv olacaq. Lakin insanlar yeni ulduz sisteminə köçə biləcəkləri texnologiyaya sahib olacaqlar.
Camal