Xəbər lenti

Dünya 12:46 25.05.2023

"Vaqner"in Baxmutda 20 min nəfərlik itkisi Rusiya informasiya məkanını parçaladı - ISW

Baxmutda rus qoşunlarının itkiləri haqqında dərc edilmiş məlumatlar Rusiya Federasiyasının informasiya məkanında üstünlük təşkil edib və "şəhərin ələ keçirilməsinin hər hansı müsbət təsirini boğub".

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında bəhs edilir.
 
Qeyd olunur ki, hərbiyönlü informasiya məkanı sadəcə olaraq Rusiya Federasiyasının Baxmutda itkiləri ilə bağlı müzakirələrlə "partlayır”.

"Vaqner”in lideri Yevgeni Priqojinin açıqlaması da qızğın müzakirələrə səbəb olub, o, müsahibəsində təsadüfən PMC-nin itkiləri haqqında danışıb. Priqojinin sözlərinə görə, Baxmutda işə götürülən 50.000 şəxsdən və 10.000 peşəkardan 10.000-i məhv edilib.

Rusiyalı hərbi bloqçular dərhal bu açıqlamadan yapışıb və müzakirəni Baxmutun tutulmasının vacibliyini müzakirə etməkdən itki mübahisəsini qabartmağa dəyişiblər. Priqojinin itkiləri olduğundan az dediyinə dair iddialar olub.

"Priqojinin "Vaqner”in Baxmutdakı itkiləri ilə bağlı açıqlamaları da informasiya məkanında ayrıca gərginlik nöqtəsinə çevrildi və Rusiyanın Baxmutdakı bütün kampaniyası haqqında dominant diskursunu müəyyənləşdirməyə başladı. Söhbəti Vaqnerin iddia edilən itkilərinə yönəltməklə Priqojin Rusiya Müdafiə Nazirliyini Baxmutda informasiya zəfəri iddia etmək imkanından daha da məhrum etməkdə böyük ölçüdə müvəffəq oldu”, - analitiklər deyirlər.

ISW qeyd edir ki, Priqojin, çox güman ki, Baxmutun tutulmasından sonra populyarlığından Rusiya hərbi quruluşuna və elitasına hücumları gücləndirmək üçün istifadə edir. O, qəsdən davamlı olaraq vurğulayır ki, "döyüşlərə absurd təsir” görüntüsü yaratmaq üçün Baxmutu ələ keçirən məhz "Vaqner” olub.

Priqojin bir daha "Vaqner”in dünyanın ən yaxşı ordusu olduğunu vurğulayıb. Analitiklər qeyd edirlər ki, bu, Ukraynada hərbi qələbə qazana bilən Rusiyanın totalitar lideri kimi özünü göstərmək cəhdidir.

Xatırladaq ki, "Vaqner"in lideri Yevgeni Priqojin Rusiya ordusunun Ukraynada böyük itkilər verdiyini etiraf edib. Əfqanıstandakından qat-qat artıq.

Onun sözlərinə görə, Baxmutda muzdlu məhkumlar və adi "Vaqner"çilər bərabər şəkildə - guya ümumilikdə 20 mini məhv edilib. Bu məlumatın Rusiya cəmiyyətində partlayışa səbəb olmasının qarşısını almaq üçün "Vaqner”in lideri dərhal yalandan deyib ki, Ukrayna Silahlı Qüvvələrinin itkiləri guya bundan bir neçə dəfə çoxdur.

Terrorçu İqor Strelkov-Qirkin ona inanmayıb və məlumatları ətraflı şərh edib. Onun sözlərinə görə, hər ikinci "Vaqner”çi geri qaytarılması mümkün olmayan itkilər kateqoriyasına düşüb.

Bu arada Müdafiə Nazirliyi bəyan edib ki, Baxmut kampaniyası insan itkiləri baxımından Rusiya Federasiyası üçün ən bahalı əməliyyat olub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->