Belarusda, iyulun 17-də səhər saat 11 radələrində, Tsel kəndindəki çadır düşərgəsinə doğru hərəkət edən "Vaqner" muzdlularının daha bir böyük karvanı müşahidə edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Belarus Hajun layihəsi
məlumat yayıb.
"Osipoviçi və Tsel kəndindəki düşərgə istiqamətində, Bobruiskdən M5 şossesi boyunca, "Vaqner” muzdlularının daha bir böyük karvanı hazırda hərəkət edir.
Konvoya müxtəlif modifikasiyalı ən azı 20 avtomobil - UAZ Patriotlar, pikaplar, buxankalar, tikinti texnikası, avtobuslar, yük maşınları daxildir.
Qeyd olunur ki, avtomobillər Rusiya Federasiyasının bayraqları və "Vaqner” rəmzləri ilə hərəkət edir.
"Belaruska Qayun”un məlumatına görə, bu, iyulun 11-dən muzdluların Belarusa gələn ən azı 3-cü karvandır.
Müşahidəçilər hesab edir ki, muzdlular əvvəlki günlərdə olduğu kimi Tsel kəndindəki səhra düşərgəsinə keçirlər.
Alpər