"Vaqner” özəl hərbi şirkətin bölmələri Belarusda Litva və Polşaya qarşı döyüşməyə hazır olan insanları axtarır.
Qaynarinfo xəbər verir ki, bu barədə belarusluların Milli Müqavimət Mərkəzi məlumat
yayıb.
Qeyd olunur ki, Belarusda keçirilən təlimlər zamanı "vaqnerçilər” muzdlular sırasına qoşulmaq istəyənləri axtarır.
"Vaqner” təlimatçılarının rəhbərliyi altında təlim keçən Belarus Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları arasında olan agentlərdən Milli Müqavimət Mərkəzinə məlum olduğu kimi, müqavilənin şərtlərindən biri də Belarusla qonşu dövlətlərin, o cümlədən Polşa və Litvanın ərazisində hərbi əməliyyatlarda iştirak etməyə hazır olmaqdır”, - deyə Milli Müqavimət Mərkəzi yazır.
Nizami Bağırov