Xəbər lenti

“Vaqner” qiyamından sonra Ukraynanın əks-hücumu daha sürətli olacaq - Tayani
Dünya13:19 25.06.2023

“Vaqner” qiyamından sonra Ukraynanın əks-hücumu daha sürətli olacaq - Tayani

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyanın xarici işlər naziri Antonio Tayani hesab edir ki, "Vaqner” özəl hərbi şirkətinin üsyan cəhdi Rusiya və Rusiya hakimiyyətinin zəifliyini göstərdi və bu, Ukraynaya da kömək edə bilər.
Qaynarinfo xəbər verir ki, bu fikri Tayani "Il Messaggero” nəşrinə müsahibəsində səsləndirib.
İtaliya XİN rəhbərinin sözlərinə görə, "vaqnerçilərin” üsyan cəhdi "Putin Rusiyasının birliyi mifinin bitməsi” deməkdir.
"Bu daxili eskalasiya Rusiya ordusunu parçalayır. Bu, muzdluların legionunu dəstəklədiyiniz və maliyyələşdirdiyiniz zaman qaçılmaz nəticədir", - o əlavə edib.
Tayani əlavə edir ki, "Vaqner”in hərəkətləri nəticəsində "əminliklə demək olar: bu gün Rusiya cəbhəsi dünənkindən daha zəifdir" və Ukraynada sülhün "indi daha yaxın olduğuna" ümid etdiyini bildirib.
"Bu (Ukraynanın işğalı. - red.) Putin üçün bumeranq oldu. Ruslar qalib gələ bilmədilər, blitskriqdə uğursuzluğa düçar oldular. İndi onlar hərbi aparatın problemlərinin və ziddiyyətlərinin əvəzini ödəyirlər", - italiyalı nazir deyib.
O, həmçinin üsyan cəhdindən sonra Ukrayna əks-hücumunun "daha da sürətlə hərəkət edəcəyinə və ukraynalıların müstəqilliklərini bərpa edəcəyinə" ümid etdiyini bildirib.
Nizami Bağırov