"Vaqner” özəl hərbi şirkətin döyüşçüləri Voronejə daxil olub, Krasnodar və Volqoqrada yaxınlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə "VÇK-OQPU” "Telegram" kanalı məlumat
yayıb.
Bildirilir ki, yol boyu onlara heç kim müqavimət göstərmir.
"Telegram" kanalın məlumatına görə, Moskva vilayətində Serpuxov yaxınlığında Oka üzərindəki körpü "KAMAZ”larla bağlanıb. Strateji keçidin bağlanmasına kommunal xidmətlərin maşınları və yol polisi cəlb olunub.
Moskva şəhərinin girişi də bağlıdır. Şəhərin girişində texnika, Rusiya Qvardiyası və Daxili İşlər Nazirliyinin əsgərlərindən ibarət kordonlar yaradılıb.
Nizami Bağırov