Xəbər lenti

"Vaqnerçilər" Polşada: Ekspert muzdluların təşkil edə biləcəyi təxribatları açıqladı
Dünya06:14 07.08.2023

"Vaqnerçilər" Polşada: Ekspert muzdluların təşkil edə biləcəyi təxribatları açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SBU-nun keçmiş əməkdaşı İvan Stupak "Vaqner” yaraqlılarının Avropa İttifaqı ölkələrində, xüsusən də Polşada hansı təxribatlar törədə biləcəyini deyib.
Qaynarinfo xəbər verir ki, bu barıdı Kanal 24 yazıb. 
"Biz heç bir senarini istisna etmirik. Mən çox şadam ki, polyaklar buna ciddi yanaşırlar və sərhəddə müdafiəni gücləndirirlər. Belarusda olan vaqnerçilər məhbus deyillər. Peşəkar və böyük döyüş təcrübələri var. Suriyada, Liviyada, Mərkəzi Afrika Respublikasında döyüşüblər”, - o deyib.
Onun sözlərinə görə, Vaqner muzdluları bu təxribatları təşkil edə bilərlər:
- Polşa sərhədçilərini qaçırmaq və ya onlarla atışmaq;
- dərinə sızmaq və təxribat hərəkətləri törətmək;
- Suriya və Liviyadan olan qaçqınlarla miqrasiya böhranını gücləndirmək.
Qeyd edək ki, avqust ayında Belarus Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter Polşanın hava məkanını pozub. Bununla belə Varşava sərhədin pozulması faktını dərhal təsdiqləməyib. 
Daha sonra  Polşanın hava məkanını zəbt etmiş Belarus pilotları Maçulişçiyə yerləşiblər.
Alpər