Xəbər lenti

Varşavada azərbaycanlı və erməni gənclər arasında insident
Dünya10:45 01.10.2021

Varşavada azərbaycanlı və erməni gənclər arasında insident

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşanın paytaxtı Varşavada azərbaycanlı və erməni gənclər arasında insident yaşanıb.
Qaynarinfo "Report"a istinadla xəbər verir ki, hadisə Varşavanın Belyanı (Bielany) rayonunda baş verib. 
Belə ki, axşam saatlarında yaşadıqları ərazidə küçədə azərbaycanlı gənclərin ucadan ingiliscə "Karabakh Is Azerbaijan!" şüarları yaxınlıqdakı kafedə əyləşən 4-5 nəfərdən ibarət gənc erməni oğlan və qızların etirazına səbəb olub.
Onların iradına baxmayaraq azərbaycanlı gənclər şüar səsləndirməsini davam edib. Bu zaman kafedən çıxaraq azərbaycanlı gənclərə hücum edən ermənilər ilə insident yaşanıb. Ətrafdakılar şəxslər onları ayırıb.