Xəbər lenti

“Vaşinqton Post” CIA direktorunun “Taliban”la məxfi görüşündən yazdı
Dünya13:04 24.08.2021

“Vaşinqton Post” CIA direktorunun “Taliban”la məxfi görüşündən yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kabildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns ilə "Taliban” terror hərəkatının siyasi ofisinin rəhbəri Molla Abdul Qəni Baradar arasında gizli görüş baş tutub. Beləliklə, ilk dəfə olaraq Amerika administrasiyasının yüksək vəzifəli şəxsinin və "Taliban” liderlərindən birinin iştirakı ilə bu səviyyəli bir dialoq baş tutub.
Qaynarinfo-nun "Washington Post”a istinadən verdiyi xəbərə görə, tərəflər bu görüşdə Amerika hərbçilərinin Əfqanıstandan çıxarılması və vətəndaşların təxliyəsi və əfqanlara kömək üçün son -  31 avqust tarixini müzakirə etmiş ola bilərlər.
Maraqlıdır ki, 2010-cu ildə MKİ (CIA) agentləri tərəfindən həbs edilən də məhz Baradar olub. O, həbsxanada səkkiz il keçirib, sonra Qətərdə ABŞ-la danışıqlar aparıb.
Daha əvvəl bir sıra Amerika mətbuatı Əfqanıstanda yaraqlıların hakimiyyəti ələ keçirməzdən əvvəl Vaşinqtonun "Taliban” nümayəndələri ilə danışıqlar apardığını yazıb. Jurnalistlər ABŞ-ın amerikalı diplomatlar və ordunun təhlükəsizlik zəmanəti qarşılığında Əfqanıstan ordusuna hava dəstəyini dayandıracağını vəd etdiyini iddia ediblər. Tərəflər Amerika qoşunlarının avqustun 31-dək geri çəkiləcəyi barədə də razılığa gəliblər.
Alpər