Xəbər lenti

Vaşinqtona dost ərəb ölkəsi ABŞ-ın siyasətinə təsir göstərməyə çalışır - WP
Dünya05:56 14.11.2022

Vaşinqtona dost ərəb ölkəsi ABŞ-ın siyasətinə təsir göstərməyə çalışır - WP

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ərəb Əmirlikləri uzun müddətdir ki, ABŞ-ın siyasətinə qanuni və qeyri-qanuni yollarla təsir göstərməyə çalışır. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” qəzetinin üç mənbəsi ABŞ kəşfiyyat rəsmilərinin məxfi hesabatına istinadən məlumat verib. 
Qəzetin həmsöhbətlərinin sözlərinə görə, hesabatda ABŞ siyasi sisteminin zəifliklərindən, o cümlədən seçki kampaniyalarına sponsorluq və lobbiçilik fəaliyyətləri sahəsində istifadə edərək, ABŞ-ın bir neçə prezident administrasiyasına uzunmüddətli təsir cəhdləri təsvir olunub. Hesabat Rusiya, Çin və ya İran kimi düşmən dövlətin deyil, ABŞ-a dost olan ölkənin siyasi manipulyasiyasını təsvir etdiyi üçün diqqətəlayiq adlanır. Amerika kəşfiyyatı da nadir hallarda öz rəsmilərinin əlaqələrini yoxlayır, əsasən xarici hökumətlərin fəaliyyətini öyrənir.
BƏƏ-nin Vaşinqtondakı səfiri Yusef Al Otayba "BƏƏ-nin ABŞ-dakı təsiri və yaxşı reputasiyası ilə fəxr etdiyini" söyləyib. "Bu, çətinliklə qazanılıb və layiqlidir. Bu, BƏƏ və ABŞ arasında onilliklər boyu davam edən sıx əməkdaşlığın, eləcə də effektiv diplomatiyanın nəticəsidir”, - o, açıqlamasında bildirib. ABŞ illərdir BƏƏ-yə hərbi texnika, o cümlədən MQ-9 pilotsuz uçuş aparatı və F-35 qırıcıları satır. Onlar İsrailin mümkün zəifləməsi ilə bağlı narahatlıqlara görə digər ərəb ölkəsinə verilmir.
Hesabatda təsvir edilən BƏƏ-nin bəzi əməliyyatları milli təhlükəsizlik mütəxəssislərinə məlumdur, digərləri isə daha çox casusluğa bənzəyir, hesabatla tanış olan insanlar bildiriblər. Hesabatda BƏƏ-yə aid edilən fəaliyyətlərin lobbiçilikdən çox kənara çıxdığı deyilir. Belə ki, ərəb ölkəsinin hakimiyyət orqanları siyasətçilərin, dissidentlərin və jurnalistlərin izlənilməsini təşkil, həmçinin mürəkkəb haker texnologiyalarına çıxış əldə etmək üçün ABŞ kəşfiyyatının üç keçmiş zabitini işə götürüb.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, 2016-cı ildən bəri BƏƏ ABŞ-ın lobbiçilik fəaliyyətinə 154 milyon dollardan çox xərcləyib. Həmçinin, ABŞ universitetlərinə və tədqiqat mərkəzlərinə ianələrə yüz milyonlarla dollar vəsait xərclənib. Onların bir çoxu BƏƏ-nin maraqlarına uyğun nəticələrdən ibarət hesabatlar dərc edib.
Nizami Bağırov