Xəbər lenti

Vaşinqtonda ABŞ hərbçisi İsrail səfirliyi yaxınlığında özünü yandırdı (SƏBƏB)
Dünya08:23 26.02.2024

Vaşinqtonda ABŞ hərbçisi İsrail səfirliyi yaxınlığında özünü yandırdı (SƏBƏB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Hərbi Hava Qüvvələrinin hərbçisi bazar günü İsrailin Vaşinqtondakı səfirliyinin qarşısında özünü yandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN yerli hakimiyyət orqanlarına və ABŞ Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.
Bazar günü saat 13:00-da bir nəfərin səfirliyin qarşısında özünü yandırdıqdan sonra polis ABŞ Məxfi Xidmətinə kömək etmək üçün hadisə yerinə gəlib. 
CNN-in əldə etdiyi hadisənin videosunda həmin şəxs özünü Aaron Buşnell kimi təqdim edərək "artıq soyqırımda şərik olmayacağam” deyir və planlarının fələstinlilərin əzabları ilə müqayisədə minimal olduğunu əlavə edir.
Daha sonra o, kameranı yerə qoyur və üzərinə naməlum maye tökərək yandırır və dayanmadan "Fələstinə azadlıq” deyə qışqırır. 
ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü Rouz Rayli insident iştirakçısının ABŞ Hərbi Hava Qüvvələrinin xidmətdə olan hərbçi olduğunu təsdiqləyib.
Yaralı yerli xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırdır.
İsrail səfirliyinin sözçüsü bildirib ki, "səfirlik əməkdaşlarından heç biri xəsarət almayıb və onlar təhlükəsizlikdədirlər”.
Nizami Bağırov