Xəbər lenti

Vaşinqtondan Pekinə xəbərdarlıq – Tarixi səhvə yol verirsiniz
Dünya07:59 16.06.2022

Vaşinqtondan Pekinə xəbərdarlıq – Tarixi səhvə yol verirsiniz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya öz təhlükəsizliyinə qarşı yönələn təhdidlərə cavab olaraq  addımlar atır və bu, anlaşılandır.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu sözləri Çin prezidenti Xi Cinp RF prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.
Çin lideri təhlükəsizlik məsələlərində Moskvaya dəstəyini bir daha ifadə edib. 
Bu arada Çinin rəsmi Sinxua xəbər agentliyinin məlumatına görə, Cinp Putinlə telefon danışığı zamanı vurğulayıb ki, "tərəflər Ukrayna böhranının ədalətli həlli üçün səy göstərməlidir”.
Qeyd edək ki, Çin Qərbi Moskvanı hücuma təhrik etməkdə ittiham edib, ancaq Rusiyanın Ukraynaya təcavüzünü tənqiddən yayınıb və baş verənləri işğal adlandırmaqdan imtina edib. Rusiyanın Ukraynaya hücuma başlamasından bir neçə həftə əvvəl Putin və Xi Pekində görüşüblər və tərəflər arasında münasibətlərin "hüdudsuz” olacağını vəd edən saziş imzalanıb.
Kreml həmçinin bildirib ki, telefon danışığı zamanı iki lider Qərbin qanunsuz sanksiyaları qarşısında iqtisadi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
"Qərbin qeyri-qanuni sanksiyaları nəticəsində qlobal iqtisadiyyatda mürəkkəbləşən vəziyyəti nəzərə alaraq, enerji, maliyyə, sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb”, - Kreml bildirib.
Bu arada Çin Rusiya müttəfiqliyindən narahat olan ABŞ Putinin Ukraynaya müdaxiləsinə görə onun yanında olan ölkələrə "tarixin yanlış tərəfində” olduqları ilə bağlı xəbərdarlıq edib. "Çin neytral olduğunu iddia edir, lakin onun davranışı hələ də Rusiya ilə sıx əlaqələrdə olduğnu göstərir”,- ABŞ Dövlət Departamentinin sözçüsü deyib.
Rusiya XİN sözçüsü Mariya Zaxarova isə deyib ki, Çin və Rusiya strateji müttəfiqlərdi və Qərbin iki ölkə arasında münasibətləri pozmaq cəhdləri alınmayacaq:”Dünyada enerji ehtiyatları durmadan artır. Çin nə istədiyini bilir və özünün də maraqlarını nəzərə alır”.
Nurlan Hüseynov