
Şotlandiyanın Müqəddəs Endryu və Edinburq baş yepiskopu kardinal Keyth Obrayn haqqında yayılan iddialar səbəbindən istefa verib.
Qaynar.info-nun məlumatına görə, İngiltərənin ən ali Katolik Kilsəsi keşişi olan kardinal Keyth 30 il əvvəl rahibələrə qarşı etdiyi əxlaqsızlıqda ittiham olunur. Şotland baş yepiskopunun istefa ərizəsi Papa XVI Benedikt tərəfindən qəbul edilib.
Haqqındakı iddiaları qəbul etməyən baş yepiskop Papanı seçən kardinallar arasında yer alırdı. İstefasından sonra o, Kardinallar Məclisindəki seçkiyə qatılmayacağını söyləyib.
Bir müddət əvvəl "The Observer" qəzeti 4 rahibənin 80-cı illərdə təcavüzə uğradıqları iddiası ilə kardinal Keyth Obraynı Vatikanın İngiltərədəki səfiri Antonio Menniniyə şikayət etdiklərini xəbər vermişdi.
Qaynar.info