Xəbər lenti

Vatikandan şok təklif: “İŞİD-lə danışıq masasına oturaq”
Dünya17:24 04.07.2015

Vatikandan şok təklif: “İŞİD-lə danışıq masasına oturaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“İŞİD-lə, bəzi ölkələrin vasitəsilə, masaya oturub danışmaq lazımdır”. Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu gözlənilməz təkliflə Vatikanın Ədalət və Sülh Şurasının sədri kardinal Peter Torkson çıxış edib.
Dünya mediasında papalığa ən güclü və real namizədlərdən sayılan kardinal Peter Torkson qeyd edib ki, İŞİD-lə hələlik masaya oturmaq mümkün deyil: “Ancaq İŞİD-in sözünü dinləyən ölkələrlə bunu etmək mümkündür. Nə demək istədiyimi başa düşürsünüz. Çünkü bəzi ölkələr təşkilata dəstək verirlər”.
O, Yaxın Şərqin xristianlarsız qalmaması üçün əllərindən gələn hər şeyi edəcəyini deyib.
Qaynar.info